Dünya

Vladimir Putin Makron və Şolza separatçı bölgələrin müstəqilliyini tanıyacağını deyib

1 dəqiqə
Vladimir Putin Makron və Şolza separatçı bölgələrin müstəqilliyini tanıyacağını deyib

Rusiya prezidenti Vladimir Putin Almaniya və Fransa liderləri Olaf Şolz və Emmanuel Makrona yaxın saatlarda Donesk Xalq Respublikası və Luqansk Xalq Respublikasının müstəqilliyinin tanınması haqqında fərman imzalamağı planlaşdırdığını bildirib.

“İnterfaks” xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.

Makron və Şolz “bu xəbərdən məyus olduqlarını ifadə ediblər. Eyni zamanda, onlar təmasları davam etdirməyə hazır olduqlarını bildiriblər”, - Kremlin bəyanatında deyilir.

Yaxın saatlarda Putinin Rusiya vətəndaşları qarşısında çıxışı planlaşdırılır.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun