Dünya

BMT: Ukraynadakı müharibədə 400-dən çox mülki şəxs həlak olub

1 dəqiqə
BMT: Ukraynadakı müharibədə 400-dən çox mülki şəxs həlak olub

Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığının martın 7-də verdiyi məlumata görə, Ukraynada müharibə başlayandan martın 6-dək ən azı 406 mülki şəxs həlak olub.

801 nəfər yaralanıb. Ölənlər arasında 27 uşaq da var.

Separatçıların nəzarətində olan ərazidə 23 nəfər ölüb.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun