Dünya

Böyük Britaniya Müdafiə Nazirliyi: "Rusiya Kiyevə hücum hazırlayır"

1 dəqiqə
Böyük Britaniya Müdafiə Nazirliyi: "Rusiya Kiyevə hücum hazırlayır"

Rusiya ordusu yaxın günlərdə Kiyevə qarşı yeni hücum əməliyyatı hazırlaya bilər. Bu bəyanatla Böyük Britaniya Müdafiə Nazirliyi çıxış edib.

Britaniya qurumu bildirib ki, Rusiya yaxın günlərdə hücum fəaliyyətini bərpa etmək üçün ehtiyatlarını yeniləmək niyyətindədir.

˝Bu, çox güman ki, Kiyevə qarşı əməliyyatları əhatə edəcək˝, məlumatda deyilir.

Böyük Britaniyanın Müdafiə Nazirliyi bildirir ki, Rusiyanın hücumuna maddi-texniki problemlər və Ukraynanın güclü müqaviməti mane olur.

https://twitter.com/DefenceHQ/status/1502161078125355013?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1502161078125355013%7Ctwgr%5E%7Ctwcon%5Es1_&ref_url=https%3A%2F%2Fwww.unian.net%2Fpolitics%2Frossiya-gotovit-nastuplenie-na-kiev-minoborony-britanii-novosti-ukraina-11739484.html

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun