Dünya

Putin “dost olmayan ölkələrə” qazı rublla satmağı tapşırıb

1 dəqiqə
Putin “dost olmayan ölkələrə” qazı rublla satmağı tapşırıb

Rusiya ˝dost olmayan ölkələrə˝ qaz tədarükü üçün ödənişləri rubla çevirəcək.

Bunu Rusiya prezidenti Vladimir Putin bildirib.

“Mallarımızı Aİ və ABŞ-a göndərib ödənişi dollar və avro ilə almağın mənası yoxdur”, deyə Rusiya prezidenti vurğulayıb.

Putinin bu bəyanatından sonra Rusiya valyutası bahalaşmağa başlayıb, dolların məzənnəsi 3 mart tarixindən ilk dəfə olaraq 100 rubldan aşağı enib.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun