Dünya

Reuters: Aİ beşinci sanksiyalar paketi çərçivəsində Rusiya neftinə embarqonu nəzərdən keçirir

1 dəqiqə
Reuters: Aİ beşinci sanksiyalar paketi çərçivəsində Rusiya neftinə embarqonu nəzərdən keçirir

Avropa İttifaqı Ukraynadakı müharibəyə görə Rusiyaya qarşı beşinci sanksiyalar paketini hazırlayır və Rusiya neftinə embarqo tətbiq etmək imkanını müzakirə edir. Bu barədə Reuters agentliyi mənbələrə istinadən bildirir.

Xüsusilə, Aİ ölkələri xarici işlər nazirlərinin görüşü çərçivəsində neft embarqosu da daxil olmaqla yeni sanksiyaları müzakirə etməyi planlaşdırır. Bu, martın 21-də, NATO müttəfiqlərinin görüşünə və G7 sammitinə gələcək ABŞ prezidenti Co Baydenin martın 24-də Brüsselə səfərindən əvvəl baş tutacaq.

Diplomatik mənbələr bildiriblər ki, Baltikyanı ölkələr embarqoda israrlıdır. Təklifin əleyhinə digər Avropa ölkələrindən daha çox Rusiya enerjisindən asılı olan Almaniya çıxış edir.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun