Dünya

Rusiyada müharibə əleyhinə kütləvi aksiyalar keçirilib, minlərlə etirazçı saxlanılıb

1 dəqiqə
Rusiyada müharibə əleyhinə kütləvi aksiyalar keçirilib, minlərlə etirazçı saxlanılıb

Həftə sonu Rusiyanın 50-dən çox şəhərində kütləvi aksiyalar keçirilib. Aksiya iştirakçıları Rusiyanın Ukraynaya təcavüzünü dayandırmasını tələb ediblər. 

Aksiya başladıqdan sonra polis müdaxilə etməyə başlayıb. Mərkəzi küçələrdə polis əməliyyatları keçirilib və insanlar saxlanılıb. Məlumata görə, ümumilikdə aksiyalarda 4500-dən çox adam saxlanılıb.

Bu günlərdə Rusiyanın həbsdə olan müxalifət lideri Aleksey Navalnı da insanlara çağırış edib, hər gün kütləvi aksiyalar təşkil etmələrini istəmişdi.

Rusiyanın Ukrayna ərazilərinə təcavüzü bütün müstəvilərdə tənqidlə qarşılanır. Demək olar ki, bir çox dünya ölkəsi və beynəlxalq təşkilat Rusiyanı təcavüzdə və işğalda ittiham edir. Rusiyaya qarşı çox ciddi iqtisadi-siyasi sanksiyalar tətbiq olunub ki, bu da artıq əhalinin həyatında hiss olunmağa başlayıb.

Bununla bərabər, Rusiya ordusunun hərbi itkiləri də hər gün artır.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun