Dünya

Rusiyalı hərbçilər Melitopolda krım-tatar əsilli deputatı qaçırıblar

1 dəqiqə
Rusiyalı hərbçilər Melitopolda krım-tatar əsilli deputatı qaçırıblar

Bu gün, martın 10-da səhər saat 6-da rusiyalı hərbçilər Zaporojye Vilayət Şurasının deputatı Leyla İbrahimovanın evinə soxulub, onu naməlum istiqamətə aparıblar.

'Unian' agentliyi bildirir ki, bu barədə Krım tatar xalqı məclisinin üzvü İsgəndər Bariyev öz Facebook səhifəsində yazıb.

“Bu gün Melitopolda səhər saat 6-da rus hərbi geyimli silahlı şəxslər Zaporojye vilayət şurasının deputatı, yerli Krım tatar xalqının nümayəndəsi, Melitopol şəhər diyarşünaslıq muzeyinin direktoru Leyla İbrahimovanın evinə soxulublar˝.

Bariyev deyib ki, işğalçılar deputatın evində də axtarış aparıblar.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun