Dünya

Ukrayna: Rusiya Ermənistandakı hərbi bazasını ərazilərimizə köçürür

1 dəqiqə
Ukrayna: Rusiya Ermənistandakı hərbi bazasını ərazilərimizə köçürür

Rusiya Federasiyası itkirləini kompensasiya etmək və döyüş bölmələri formalaşdırmaq üçün Ermənistandakı hərbi bazasını Ukrayna ərazilərinə köçürür. 

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb

Məlumata görə, Cənub Hərbi Dairəsinin 8-ci ümumi ordusunun 20-ci motoatıcı diviziyasının daimi dislokasiya nöqtəsində 130-a yaxın hərbçi döyüş əməliyyatlarında iştirakdan imtina edib.

"Müsbət nəticələrin olmaması və qarşıya qoyulan tapşırıqların icrasının mümkünsüzlüyü səbəbindən Rusiya Hərbi Hava Qüvvələrinin 45-ci əlahiddə xüsusi təyinatlılar briqadasının komandiri, polkovnik Vadim Pankovun tutduğu vəzifədən azad edilməsi planlaşdırılır. O, Qostomel hava limanında döyüş tapşırığını yerinə yetirməməkdə ittiham olunur", - Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumatında deyilir.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun