Dünya

Ukrayna Silahlı Qüvvələri Rusiyaya məxsus “İsgəndər-M” raket komplekslərini məhv edib

1 dəqiqə
Ukrayna Silahlı Qüvvələri Rusiyaya məxsus “İsgəndər-M” raket komplekslərini məhv edib

Çerniqov istiqamətində Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunun “İsgəndər-M” ballistik operativ-taktiki raket komplekslərinin diviziyasını məhv edib.

Unian bildirir ki, bu barədə martın 10-da günortadan sonra “Şimal” əməliyyat komandanlığından məlumat verilib.

“Çerniqov istiqamətində “Şimal” əməliyyat komandanlığının bölmələrindən biri dinc əhaliyə atəş açan “İsgəndər-M” diviziyasını məhv edib”, - məlumatda deyilir.

Bundan əvvəl Kiyev vilayətində 72-ci motoatıcı briqada ilə rus hərbçiləri arasında gedən şiddətli döyüş videoya çəkilib. Səhər saatlarından Ukrayna hərbçilərinin əks-hücuma keçdiyi xəbərləri gəlməyə başlayıb.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun