Dünya

Ukrayna Təhlükəsizlik Xidməti Rusiyanın gizli GPS-naviqatorunu ələ keçirib, planlar məlum olub

1 dəqiqə
Ukrayna Təhlükəsizlik Xidməti Rusiyanın gizli GPS-naviqatorunu ələ keçirib, planlar məlum olub

Ukrayna Təhlükəsizlik Xidməti ötən gün ukraynalı hərbçilərin düşmənin tanklar və Su-30 qırıcılarından ibarət havadan müdafiə qrupunu bombalaması barədə məlumat verib. Nəticədə Ukrayna Təhlükəsizlik Xidməti digər qənimətlərlə yanaşı, işğalçıların gizli GPS-naviqatorunu da ələ keçirib.

Cihazda bütün hərəkət məlumatları və işğalçıların hücumunun "planlaşdırılmış nöqtələri" qeyd edilib.

"Bu naviqator Konstantinovkadan Nikolayevə hücum etməyə cəhd edən düşmənin "elitar" 108-ci desant-hücum alayına məxsus olub. Beləliklə, Ukrayna xüsusi xidmət orqanları rus işğalçılarının planlarını əldə edib ki, bu da onlara hücumun qarşısını almağa və düşməni daha təsirli şəkildə dəf etməyə imkan verəcək”, - açıqlamada deyilir.

Bundan əlavə, Ukrayna hərbçiləri işğalçıların hücumlarını havadan qoruyan Rusiyanın Su-30 qırıcılarını vurub. İndi əsirləri müharibənin başlanmasında əli olanları müəyyən edən Ukrayna Təhlükəsizlik Xidmətinin müstəntiqləri və əks-kəşfiyyatçılarla danışıqlar gözləyir.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun