Dünya

Ukraynalılara rus işğalçılarını güllələməyə icazə verilib

1 dəqiqə
Ukraynalılara rus işğalçılarını güllələməyə icazə verilib

Komitə sədrinin birinci müavini, xalq deputatı Andrey Osadçuk bildirib ki, indi Ukraynanın mülki vətəndaşları rus işğalçılarını güllələyə bilər.

“Ukrayna Ali Radasının Hüquq Mühafizə Komitəsi yekdilliklə talanlara görə cinayət məsuliyyətinin əhəmiyyətli dərəcədə artırılmasına səs verib və Rusiya Federasiyasının/başqa ölkənin silahlı təcavüzünü dəf etmək üçün hərbi vəziyyət zamanı mülki əhalinin odlu silahdan istifadəsinə qoyulan bütün məhdudiyyətləri aradan qaldırıb”, - Osadçuk Facebook səhifəsində yazıb.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun