Dünya

Ukraynanı Rusiya ilə danışıqlarda təmsil edən şəxslərdən biri öldürülüb

1 dəqiqə
Ukraynanı Rusiya ilə danışıqlarda təmsil edən şəxslərdən biri öldürülüb

Rusiya ilə danışıqların birinci raundunda Ukrayna nümayəndə heyətinin üzvü olmuş Denis Kireyev öldürülüb.

Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları onu saxlamaq üçün xüsusi əməliyyat keçirib.

D.Kireyev saxlanılan zaman ölüb.

Hadisənin təfərrüatı məlum deyil.

Məlumata görə, D.Kireyev dövlətə xəyanətdə şübhəli bilinirmiş.

D.Kireyev 1977-ci ildə Ukraynanın Kiyev şəhərində anadan olub. Maliyyə sektorunda çalışıb.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun