Dünya

Rusiyanın Kramatorsk vağzalını vurması nəticəsində azı 30 insan həlak olub

1 dəqiqə
Rusiyanın Kramatorsk vağzalını vurması nəticəsində azı 30 insan həlak olub

Aprelin 8-də səhər Rusiya qoşunları Donetsk vilayətində Kramatorsk şəhəri dəmiryol vağzalına iki raket zərbəsi endirib.

İlkin məlumatlara görə, 30 nəfər həlak olub, yüzlərlə adam yaralanıb.

Bildirilir ki, zərbələr "İsgəndər" raketləri ilə endirilib. Hücum zamanı vağzalda Donbasdan təhlükəsiz sahələrə evakuasiya olunan minlərlə adam olub. Hazırda Ukrayna hökuməti Xarkov, Luqansk və Donetsk vilayəti əhalisini təxliyyə edir.

Ukrayna prezidentinin müşaviri Aleksey Arestoviç baş verən hadisə ilə bağlı son məlumatları paylaşıb. O bildirib ki, ilkin məlumatlara görə, zərbə nəticəsində 30 nəfər həlak olub, 100-dən çox yaralı var.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun