Dünya

Vladimir Jirinovski ölüb

1 dəqiqə
Vladimir Jirinovski ölüb

LDPR partiyasının lideri Vladimir Jirinovski 75 yaşında vəfat edib. Bu barədə Dövlət Dumasının spikeri Vyaçeslav Volodin teleqram kanalında məlumat verib.

“Ağır və uzun sürən xəstəlikdən sonra Vladimir Volfoviç Jirinovski vəfat etdi... Hamımız üçün bu, əvəzedilməz itkidir. Qoy onun parlaq xatirəsi hər zaman qəlbimizdə yaşasın”, - deyə məlumatda bildirilir.

Spiker Dövlət Dumasının iclasında da Liberal Demokrat Partiyasının liderinin vəfatını elan edib və bir dəqiqəlik sükut elan edib. LDPR-nin Duma fraksiyası sədrin vəfat etdiyini təsdiqləyib.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun