İdman

Oqtay Əsədov yenidən Azərbaycan Tennis Federasiyasının prezidenti olub

1 dəqiqə
Oqtay Əsədov yenidən Azərbaycan Tennis Federasiyasının prezidenti olub

Azərbaycan Tennis Federasiyasının seçki iclası keçirilib.

Gənclər və İdman Nazirliyinin inzibati binasında baş tutan tədbirdə ATF-ə prezident seçilib.

Oqtay Əsədov növbəti 4 il müddətinə də federasiyanın rəhbəri olacaq. Gülməmməd Cavadov isə vitse-prezident seçilib. İcraiyyə Komitəsi üzvləri Mehman Qocayev, Fərid Şirinov, Salam Əsgərəlizadə, Yalçın Manaflıdır.

Əsədovun federasiyadakı fəaliyyəti müxtəlif dövrlərdə tənqidlərə səbəb olub. 

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun