Video Reportaj

Bakıda silahlı insident olub, yaralananlar var

1 dəqiqə

Bakının Səməd Vurğun küçəsində, Bakı Dövlət Sirkinin yaxınlığında silahlı insident baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildirilib ki, aparılan araşdırmalar nəticəsində 2 nəfərin xəsarət aldığı məlum olub.

Xəsarət alanlar - 2002-ci il təvəllüdlü Fəqan Rəhimli, 1983-cü təvəllüdlü Tamerlan Hüseynov xəstəxanaya çatdırılıb.

Qurumdan açıqlanıb ki, hadisəni törətməkdə şübhəli bilinən şəxsi polis əməkdaşları saxlayıb.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun