Video Reportaj

Kəmaləddin Heydərovun oğullarının rəhbərlik etdiyi şirkətin qarşısında aksiya keçirilib

1 dəqiqə

Bu gün Gilan Holdingin ofisinin qarşısına yığışan səhmdarlar artıq 24 ildir onlara düşəcək dividentləri ala bilmədiklərini deyirlər.

Gilan Holdingin rəhbərlərinin fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlanları - Taleh və Nicat Heydərovun olduğunu deyən səhmdarlar dəfələrlə onlarla görüşməyə çalışdıqlarını desələr də, müraciətləri cavabsız qalıb.

“Bura Gilan Holdingdir. Rəhbərlərimiz Taleh və Nicat Heydərov burada oturub. Həftədə bir dəfə bura gəlirik. Bir dəfə də olsun qabağımıza çıxmayıblar”.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun