Video Reportaj

Yevlax sakini görüş barədə: “Tərəflər bir-birini bağışlamalıdır, uşaqlarımız qırılır”

1 dəqiqə

"Tərəflər bir-birini bağışlamalıdırlar. Bir-birini bağışlamalıdırlar ki, yaxşı olsun. Uşaqlarımız qırılıb"- Yevlax sakini deyir. Bu gün Qarabağın erməni icması ilə Azərbaycan nümayəndələri arasında Yevlax şəhərində görüş keçirilib. Prezident Administrasiyası məlumat yayıb ki, görüşdə Azərbaycan qanunları əsasında Qarabağın erməni əhalisinin reinteqrasiyası müzakirə olunub. Erməni nümayəndələri yanacaq, qida və humanitar yardım göstərilməsini istəyib. Azərbaycan tərəfi bu tələbləri tezliklə həyata keçirəcəyini açıqlayıb.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun