Video Reportaj

“Abzas Media işi” üzrə həbs edilən jurnalist və iqtisadçının həbs müddəti yenidən uzadıldı

1 dəqiqə

 

Sentyabrın 6-da “Abzas Media işi” üzrə həbs edilən jurnalist Elnarə Qasımovanın və iqtisadçı Fərid Mehralızadənin istintaq dövrü üçün həbs müddəti uzadılıb.

Xətai rayon Məhkəməsində hakim Sülhanə Hacıyevanın sədrliyilə keçirilən hər iki iclasda müvafiq olaraq Elnarə Qasımovanın həbs müddəti noyabrın 13-nə, Fərid Mehralızadənin həbs müddəti isə dekabrın 19-na qədər uzadılıb.

 

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun