Video Reportaj

İctimai fəal Tofiq Yaqublunun əsassız həbsinə etiraz olaraq özünü Azərbaycan səfirliyinə zəncirləyib

1 dəqiqə

İctimai fəal Natiq Məmmədov Azərbaycanın Almaniyadakı Səfirliyi önündə özünü zəncirləyib. O, bununla hazırda ölüm aclığı edən Tofiq Yaqublunun əsassız həbsinə etirazını bildirib.

Fəal Azərbaycan həbsxanalarında saxlanılan 360-dək siyasi məhbusun azad edilməsini tələb edib. Hökumətin əsas tənqidçilərindən olan Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublu 28 gündür Bakı həbsxanasında ölüm aclığı edir.

Tofiq Yaqublu martın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il azadlıqdan məhrum edilib. Siyasətçi əsassız həbsinə etiraz olaraq aprelin 1-dən ölüm aclığına başlayıb.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun