İdman

"Fenerbahçe" "Monaco"ya qarşı

1 dəqiqə
"Fenerbahçe" "Monaco"ya qarşı
Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulacaq.
Türkiyə təmsilçisi "Fenerbahçe" klubu Ülker stadionunda Fransanın "Monaco" komandası ilə qarşılaşacaq. "Sarı-lacivərdlilər" oyun öncəsi son məşqə çıxıblar. Zədəsi olan İsmayıl Köybaşı, Van Persie və Volkan Şen məşqdə iştirak etməyib.
Bakı vaxtı ilə saat 22.30-da başlayacaq müsabiqəni İspaniya Futbol Federasiyasından Jesus Gil Manzano idarə edəcək.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun