İqtisadiyyat

“Goldman Sachs”ın bu ilin ikinci rübündəki xalis gəliri 1,82 milyard dollar olub

1 dəqiqə
“Goldman Sachs”ın bu ilin ikinci rübündəki xalis gəliri 1,82 milyard dollar olub
Dünyanın qabaqcıl investisiya banklarından olan “Goldman Sachs”ın bu ilin ikinci rübündəki xalis gəliri illik 74 faiz artımla 1,82 milyard dollar olub.
Bankın şərhində qanuni ödənişlərin azalması və sabit gəlirli gəlirlərin proqnozlardan artıq olmasının şirkətin qazancının artmasına təsir etdiyi bildirilib. Bankın hər səhm üzrə gəliri isə 3,72 dollara yüksəlib.
“Goldman Scahs”ın icraçı direktoru Loyd Blankfein deyib: “Müştərilərimizə müxtəlif sahələrdə xidmət verərək və işlərimizi olduqca vacib formada idarə etməklə mühüm nəticələrə nail olduq”.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun