Ölkəmizi Çempionlar Liqasında təmsil edən “Qarabağ” komandasının III təsnifat mərhələsində “Viktoriya Plzen” ilə səfər qarşılaşması canlı yayımlanacaq.
Futbol azarkeşləri matçı “CBC Sport” telekanalı vasitəsilə izləyə biləcəklər.
Xatırladaq ki, “Viktoriya” – “Qarabağ” oyunu bu gün Bakı vaxtı saat 22:15-də start götürəcək. Cavab qarşılaşması isə bir həftə sonra Tofiq Bəhramov stadionunda keçiriləcək.