Cəmiyyət

Hirkan Milli Parkı ilə sərhəddə dağlıq-meşəlik ərazidə yanğın baş verib

1 dəqiqə
Hirkan Milli Parkı ilə sərhəddə dağlıq-meşəlik ərazidə yanğın baş verib

Lənkəran rayonunun Osaküçə meşəbəyliyinin ərazisində, Hirkan Milli Parkı ilə sərhəddə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, yanğın dağlıq-meşəlik ərazidə qeydə alınıb.

Hazırda yanğının söndürülməsi istiqamətində FHN-in müvafiq qurumları tərəfindən lazımı tədbirlər görülür.

Əlavə məlumat veriləcək.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun